Fransanın dünyaca məşhur "Balenciaga" brendi yeni kolleksiyası ilə dünya gündəmini zəbt edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət öz məhsullarının bir qismini 11 milyon izləyiciyə sahib rəsmi instaqram səhifəsində yayıb.
"Çirkin moda" trendinə (Ugly fashion) ən çox uyğunlaşan markanın payız-qış kolleksiyası sosial şəbəkələrdə tənqidlə üzləşib.
4.635 avrodan başlayaraq satışa çıxarılan geyimlərin təqdimatı izləyicilər tərəfindən gülüşlə qarşılanıb və maraqlı şərhlərin ortaya çıxması ilə nəticələnib.
Milli.Az