Məşhur brend sosial medianın gündəmində - FOTO

24 Sentyabr 2020 19:59

Fransanın dünyaca məşhur "Balenciaga" brendi yeni kolleksiyası ilə dünya gündəmini zəbt edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət öz məhsullarının bir qismini 11 milyon izləyiciyə sahib rəsmi instaqram səhifəsində yayıb.

"Çirkin moda" trendinə (Ugly fashion) ən çox uyğunlaşan markanın payız-qış kolleksiyası sosial şəbəkələrdə tənqidlə üzləşib.

4.635 avrodan başlayaraq satışa çıxarılan geyimlərin təqdimatı izləyicilər tərəfindən gülüşlə qarşılanıb və maraqlı şərhlərin ortaya çıxması ilə nəticələnib.

Milli.Az