Maraqlı

“LG” şirkəti “K71” smartfonunu təqdim edib

24 Sentyabr 2020 08:55
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "LG" şirkəti "K71" adlı daha bir smartfonunu təqdim edib. Yenilik elektron qələmdən başqa 4000 milliamper/saat tutumlu akkumulyator, 48 mp-lik əsas sensordan ibarət üçqat kamera və daxili stereosistemlə təchiz edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, cihaz Full HD+ təsvir ölçülü və tərəflər nisbəti 20,5:9 olan 6,8 düymlük IPS ekranla təchiz edilib. "MediaTek Helio P35" mobil platforması əsasında işləyən yeni smartfon 4 QB əməli yaddaş və "microSD" yaddaş kartı vasitəsilə artırıla bilmə imkanına malik 128 QB-lıq daxili yaddaşa malikdir. Smartfon "LG UX" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.
 
Yeniliyin arxa qapağında 3 sensordan (48 mp-lik əsas, 5 mp-lik super genişbucaqlı modul və 5 mp-lik dərinlik datçiki) ibarət əsas kamera modulu üfüqi şəkildə yerləşdirilib.
 
İstehsalçı modelin digər xüsusiyyətləri arasında tədarük dəstinə daxil olan elektron qələm, həmçinin "DTS:X 3D" həcmli səslənmə texnologiyasına malik stereodinamik dəstəyini qeyd edir. Bundan başqa smartfon 3,5 mm-lik audiokonnektor, "USB Type-C" portu və arxa qapaqda barmaq izləri sensoruna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.