İmam Səccadın (ə) Kərbəladan sonra iki hədəfi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Səccadın (ə) Aşura hadisəsi zamanı iki hədəfi olmuşdur: birincisi atasının qiyamınından sonra əldə olunanları qorumaq. Çünki bu qiyamın hədəfini təhrif etmək istəyənlərin sayı az deyildi.
İkincisi isə Həzrət Muhəmməd (s) dinini yaymaq idi. Ona görə də İmam (ə) dua şəklində İslam maarifini yaymağa və mübarizə qüvvəsini gücləndirməyə çalışmışdır.
İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları Peyğəmbər (s) sünnəsinə qayıtmağa dəvət etmişdilər.
Misal üçün, İmamın (ə) Dəməşq məscidində Yezidin (lən) yanında dediyi xütbə, Əbu Süfyan (lən) nəslinin canına atəş salmışdı.
İmam (ə) əvvəl özünü və nəslini tanıtmış və sonra ata-babasının hədəfləri barəsində o qədər danışmışdı ki, insanlar ağlamışdılar. Yezid (lən) bu səhnəni müşahidə edən zaman təhlükə hiss edir və azan deyənə əmr verir ki, azan oxusun.
Azan deyən cəddinin adını çəkən zaman, İmam (ə) üzünü lənətlik Yezidə çevirib buyurur: "Ey Yezid (lən)! Bu Muhəmməd (s) - mənim cəddimdir, yoxsa sənin? Əgər iddia etsən ki, sənin cəddindir - yalan demiş olacaqsan. Əgər desən ki, mənim cəddimdir - bəs niyə nəslini qətl etdin?".
İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.
Ona görə də deyə bilərik ki, əgər İmam Səccadın (ə) fəaliyyəti olmasaydı, qanlı Aşura hadisəsi unudulacaqdı. Ancaq İmam (ə) buna imkan vermədi və öz təsirli xütbələri ilə bu qiyamın təsirini daha da artırdı və tarix boyu Əhli-Beyt (ə) davamçılarının yadından çıxmaması üçün əlindən gələn hər şeyi etdi.
İmam Səccad (ə) buyurur: "Mən Əlinin (ə) və Hüseynin (ə) övladıyam ki, onu Fəratın kənarında heç bir günahı olmadan qılıncdan keçirtdilər. Mən o kəsin övladıyam ki, onun hörmət pərdəsini cırdılar və malını qarət etdilər. Ailə üzvlərini əsirlik zəncirinə çəkdilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





