Ceki Çan ölümdən döndü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Döyüş filmlərinin tanınmış aktyorlarından olan Ceki Çanın baş rolda çəkildiyi "Avanqard" filminin sentyabrın sonunda premyerası olacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, döyüş və kriminal mövzuda çəkilmiş filmin kinosevərlərə təqdimatı əslində yanvar ayına nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən bir neçə ay təxirə salınıb. Ceki Çan 66 yaşı olmasına baxmayaraq, bu filmdə də özünəməxsus cəld fiziki hərəkətləri, tryukları, fəndləri ilə diqqət çəkir. Bəziləri Ceki Çanın filmlərinin pərdəaraxası hadisələrinin filmin özündən maraqlı və həyəcanlı olduğunu deyirlər. Aktyor bir çox filmlərin çəkilişində maraqlı və çətin hadisələrlə, zədələrlə, hətta ölüm riski olan anlarla üz-üzə qalıb. Elə "Avanqard" filminin çəkiliş meydançası da bu cür hadisələrsiz ötüşməyib. Belə ki, səhnələrindən birində Ceki Çanın idarə etdiyi skuter aşır və aktyor tərəf müqabili ilə birlikdə suda boğulmaq təhlükəsi ilə qarşılaşır. Ceki Çan təxminən 40 saniyə suyun altında qalır. Xoşbəxtlikdən xilasedicilər onu və tərəf müqabilini sudan çıxara biliblər.
Ceki Çan sonradan həmin hadisə barədə danışarkən deyib ki, əslində, bu, normal bir kadr idi, amma mən az qala boğulacaqdım. Qayıq aşdı və bir anda mən suya qərq oldum. Dəqiq nə baş verdiyini xatırlamıram. Sanki hansısa ilahi qüvvə mənə kömək etdi. Yavaşca skuteri kənara itələdim və məni çəkib sudan çıxartdılar.
Xilasedicilər Çeki Çanı sudan çıxaranda, onun gözləri ilk olaraq tərəf müqabili, aktrisa Miya Müçini axtarır. Onun da xilas olduğunu görən aktyor rahat nəfəs alır. Bu hadisə rejissor Stenli Ton və çəkiliş heyəti üçün olduqca qorxulu anlar yaşadıb.
Ceki Çan rejissor Stenli Tonun həmin hadisə vaxtı çox narahat olduğunu bildirib: "Bütün çəkiliş heyəti ağlayırdı. Mən suda olanda Stenliyinin "Ceki ordadı" deyə həyacanlı səsini eşidirdim. Sonra o dedi ki, sən uzun müddətə yoxa çıxdın, hardasa 45 saniyə. Mən də dedim: Bu qədər çox? Nəsə xatırlamıram!"
Filmdə Ceki Çan təhlükəsizlik şirkətinin rəhbəri rolunda çəkilib. Obrazda olduğu kimi, filmin çəkilişləri vaxtı da o, ətrafdakılara hər zaman diqqət göstərir, öz təcrübəsini və biliklərini hər kəslə bölüşür. Tanınmış aktyor onilliklər ərzində qazandığı təcrübəni gənc istedadlarla bölüşməyi sevən biridir. Amma gənc aktyorların Ceki Çandan öyrənə biləcəyi ən böyük dərs onun fədakarlığı və peşəkarlığıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





