Huawein yeni əməliyyat sistemi HarmonyOS 2.0 təqdim edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Huawei , dünən Huawei Developer Konfransı tədbirində, HarmonyOS əməliyyat sisteminin son versiyası olan HarmonyOS 2.0-ı təqdim etdi. Bu əməliyyat sisteminin smartfonlar da daxil olmaqla fərqli cihazlar üzərində də işləməyi planlaşdırılır.
Huawei, 2019-cu ildə bütünlükdə özünə məxsusu əməliyyat sistemi HarmonyOS-u təqdim etdi. O vaxtdan bəri sistem üçün telefonlar, hardware işbirliyi və birdən çox ağıllı cihaz arasında resurs paylaşımını asanlaşdıran güclü bir cihaz xətti hazırlanmışdır. HarmonyOS 2.0, proqram təminatı, məlumatların idarə edilməsi və təhlükəsizlik daxil olmaqla mövcud paylanmış imkanlara hərtərəfli bir yeniləmə gətirir. Huawei, inkişaf etdiricilərə on milyonlarla yeni cihaz və istifadəçiyə sürətli bir şəkildə çatma imkanı verən adaptiv UX çərçivəsi də təqdim edir.
Milli.Az techland.az-a istinadən bildirir ki, ən son yeniləmə ilə HarmonyOS rəsmi olaraq açıq mənbə olacaq və proqramçılar emulatorlara, SDK paketlərinə və IDE alətlərinə giriş əldə edəcəklər. Açıq mənbə layihəsi olan OpenHarmony, mərhələli olaraq başlayacaq. Mobil HarmonyOS beta ilk olaraq 2020-ci ilin sonunda proqramçılar üçün əlçatan olacaq.
Richard Yu, açılış nitqində HarmonyOS üçün yol xəritəsini izah etdi. "Bu gündən etibarən HarmonyOS istifadəsi ağıllı televizorlar, geyilə bilən əşyalar, avtomobillər və daha çox kimi 128KB-128MB RAMa sahib IoT(İnternetlə işləyən bütün cihazlar) cihazlarına açıqdır. 2021-ci ilin aprelində 128MB-4GB cihazların istifadəsini açılacaq və 2021-ci ilin oktyabrında HarmonyOS'u 4GB-dan yuxarı cihazlar üçün istifadəyə verəcəyik. " dedi.
HarmonyOS-da paylama texnologiyasına əsaslanan EMUI 11, ağıllı telefonlara yeni funksiyanallıqlar təmin edəcək. Smart cihazlar HarmonyOS əsaslı IoT cihazları ilə qarşılıqlı əlaqə qurmasına imkan verərək, istifadəçilərə bənzərsiz bir təcrübə təqdim edəcək. Elədir ki video zəng üçün daha böyük ekrana və ya daha yaxşı kameraya ehtiyac duyulduqda HarmonyOs ə.s olan başqa cihazlardan rahatlıqla yararlana biləcəyik. Proses, HarmonyOS əsaslı smartfon və ağıllı ev cihazları arasındakı təmassız əlaqəni gücləndirərək istifadəçilərə daha fərqli təcrübə təqdim edəcək. Bu arada, Huawei, EMUI 11-in gələcəkdə HarmonyOS-a yüksəldilə biləcəyini açıqladı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
XƏBƏR LENTİ
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)





