Nəsihəti necə etmək lazımdır? Qurandan nümunələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimin bizlərə tərif etdiyi dastanların tək hədəfi vardır - tərbiyə və təlim. "Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır". ("Əhzab" 21).
Nəsihət və moizənin insan tərbiyəsində rolu mühümdür. Çünki insanın hidayət olmasına və tərəqqi etməsinə səbəb olar.
Quranda nəsihətin bir neçə növünə rast gəlirik, o cümlədən:
1. Lütf və inkarla birlikdə olan nəsihət. "Dedi: "Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən şeytan insanın açıq-aydın düşmənidir"". ("Yusif" 5).
2. Əhvalat şəklində olan nəsihətlər. "Elçilər(imiz)in xəbərlərinin hər cürünü - vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir". ("Hud" 120).
3. Bəndələrin halını nəsihət üçün təsvir etmək. "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər". ("Furqan" 63-64).
Lakin dinimiz buyurur ki, nəsihət o zaman faydalı olar ki, insan dediklərinə özü də əməl etsin. Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq: "Nə zaman alim öz elminə əməl etməz, moizəsi qəlblərdən süzülüb tökülər, necə ki, yağış saf daşın üstündə titrəyər".
Nəsihət vermək və moizə etmək - möminin nişanələrindəndir və Qiyamət günü onu ən üstün dərəcəyə çatdırar. Belə ki, Peyğəmbər (s) buyurur: "Həqiqətən, Qiyamət günü Allah yanında ən böyük rütbəyə malik olan kəs odur ki, Allahın torpağında Allah xəlqinin xeyirxahlığı və nəsihəti üçün daha çox qaçmışdır (səy göstərmişdir)".
Bəli, əgər mömin, insanların xeyirxahlığı və hidayəti üçün onlara nəsihət edərsə və düz yola yönləndirərsə, o insanın Qiyamət günü məqamı başqalarından daha uca olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)





