Maraqlı

"Qızıl portağal" festivalında iştirak edəcək filmlər bəlli oldu

6 Sentyabr 2020 12:10
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə növbəti "Qızıl portağal" film festivalında iştirak edəcək filmlər bəlli olub. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Antalya Böyükşəhər bələdiyyə sədri Muhiddin Böcəyin təşkilatçılığı ilə baş tutacaq festivalda 12 qısa və 10 sənədli film yarışacaq. Festival oktyabr ayının 3-dən başlayaraq 10-a qədər davam edəcək.

Qısametrajlı filmlər arasında ilk yerin sahibi 20 min, sənədli filmlər arasında birinci olan isə 40 min türk lirəsi qazanacaq.

Məlumat üçün bildirək ki, "Qızıl portağal" festivalı 1964-cü ildən bəri hər il Türkiyənin Antalya şəhərində baş tutur. Ölkənin ən məşhur festivallarından sayılan "Qızıl portağal" ənənəvi olaraq payız aylarında baş tutur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.