Maraqlı

iPhone 12-nin təhcizat və qiyməti ürəkaçan olmayacaq - QİYMƏTLƏR

1 Sentyabr 2020 21:10
Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

iPhone 12 xəttinin qiyməti haqqında yeni məlumat açıqlanıb. Mənbə bildirir ki, nə qiymət, nə də avadanlığın təhcizatı ürəkaçan deyil.

Milli.Az techland.az-a istinadən bildirir ki, yeni modelin qutusunda şarj cihazı və qulaqcıq olmayacaq, yalnız smartfon və "lightning" kabel təqdim olunacaq. Baxmayaraq ki, cihaz 699 ilə 749 dollar arasında olacaq. İPhone 12 Pro Max isə 1149 ilə 1199 $ arasında olacaq.

Bəli, smartfonlarda 5G olacaq, amma buna görə istehsalçı, komponentləri azaldaraq cihazın istehsal xərclərini azaldır. Bundan əlavə, şayiələrə görə, ənənəvi sentyabr təqdimatı oktyabr ayına təxirə salınacaq. Bu iPhone 12-nin satışına da təsir göstərə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.