Maraqlı

Amazon Halo fitness qolbağını təqdim etdi

1 Sentyabr 2020 22:55
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amazon geyilən əşya kateqoriyasının ilk cihazını - Halo fitness qolbağını təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Halo qolbağının displeyi yoxdur, lakin o, Amazon Halo tətbiqinə bağlıdır.

Cihaz akselerometer, temperatur sensoru, ürək dərəcəsi sensoru, eləcə də iki mikrofonla təchiz olunub.

Amazon Halo istifadəçinin fiziki fəaliyyətini izləmək üçün standart xüsusiyyətlərdən əlavə olaraq, sahibinin səsi ilə əhval-ruhiyyəsini, bədənindəki yağ tərkibini müəyyən edə bilir.

Halo fitness qolbağı 100 ABŞ dollar dəyərində qiymətləndirilir, ilk alıcılar üçün xüsusi qiymət təklif olunacaq - 64,99 ABŞ dolları. Bu məbləğ Amazon Halo xidmətinin yarım illik abunə haqqını əhatə edir, daha sonra isə istifadəçi 3.99 ABŞ dolları dəyərində aylıq abunə haqqı ödəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.