Maraqlı

Təhqiramiz sözləri nəzakətli sözlərlə əvəz edən şrift yaradıldı

29 Avqust 2020 22:50
Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çirkindir" əvəzinə "Ənənəvi olaraq gözəl deyil".

"TietoEvry" mütəxəssisləri təhqiramiz sözləri avtomatik olaraq nəzakətli sözlərlə əvəz edən şrift yaratdılar.

Şrift "Polite Type" adlanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, şriftdə yerləşdirilmiş lüğətə əsaslanan xüsusi mətn tanıma alqoritmlərindən istifadə edilir.

Hazırda sistemdə təxminən iki min söz və ifadə mövcuddur. Proqramçılara görə, yeni şrift istənilən mətn redaktorunda işləməlidir.

Nəzakətli şrift belə işləyir:

İstifadəçi "çirkindir"

(red: ingiliscə "she is ugly") yazmaq istəsə, şrift bunu (red: ingiliscə "she is not traditionally beautiful") "ənənəvi olaraq gözəl deyil" cümləsi ilə düzəldəcək. Ayrıca, "Polite Type" bütün qeyri-etik sözləri, məsələn, "fuck" kimi sözləri gizlədir və onu bir qədər neytral aqressiv sözlərlə əvəzləyir.

Məsələn, "səndən nifrət edirəm"(I hate you), "sizinlə razı deyiləm" (I disagree with you) şəklində düzəldiləcək.

Şriftin müəllifləri onlayn ünsiyyəti daha nəzakətli və mədəni etmək istəyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.