Maraqlı

YouTube 11 milyondan çox videonu sildi

29 Avqust 2020 22:10
Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyimiz kimi, epidemiyaya görə insanlar evdən işləməyə başladı. Bu da nəticədə YouTube-da ləngimələrə səbəb oldu. Bu çərçivədə YouTube kanal qaydalarına uyğun olmayan videoları silməyə başladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, YouTube tərəfindən edilən paylaşıma görə, aprel-iyun aylarında 11.4 milyon video silinib. Bu videoların böyük əksəriyyəti - 10.85 milyonu heç bir insanın müdaxiləsi olmadan, avtomatik olaraq çıxarılıb.

Silinən videolardan 3,8 milyonu uşaqların təhlükəsizliyi, 3,2 milyonu spam və ya fırıldaqçılıq, 1,7 milyon çılpaqlıq və ya cinsi məzmun təşkil etdiyi üçün, 1,2 milyon zorakılığa görə silinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.