Maraqlı

Facebookdan qovuldu, Sinqapurun ən varlı insanı oldu

25 Avqust 2020 08:51
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2012-ci ildə ABŞ vətəndaşlığından imtina etdikdən sonra Sinqapurda yaşayan milyarder Eduardo Saverin hazırda ölkənin ən varlı 5-ci insanıdır. 37 yaşlı iş adamının sərvəti 14,5 milyard dollar dəyərində qiymətləndirilir. O, hətta 2017-ci ildə Sinqapurun ən varlı insanı idi.  

Eduardo Saverinin hələ də Facebookda payı var. Facebookda payının az olmasına baxmayaraq əldə etdiyi gəlirlərlə milyardlarla dollar qazanmağı bacarıb.  

Milli.Az techland.az-a istinadən bildirir ki, gəlirinin çox hissəsini Facebookdan qazansa da hazırda o, Cənubi-Şərqi Asiyada və onun hüdudlarından kənarda fəaliyyət göstərən investordur.  

Qeyd edək ki, Eduardo Saverin Facebookun ilk investorudur və Mark Zükerberq Facebooku onun maliyyə dəstəyi ilə yaradıb. Lakin daha sonra aralarında olan anlaşılmazlıq üzündən Eduardo Saverin Facebookun idarə heyətindən qovulub və məhkəmə yolu ilə şirkətdən 60 milyon dollar təzminat alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.