Maraqlı

Maska daha neçə il taxılmalıdır?

18 Avqust 2020 23:55
Baxış: 2 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı virusoloq Sergey Netesov insanların daha 2 il maska taxmaq taxmaq məcburiyyətində qalacağını bildirib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Novosibirsk Dövlət Universiteti Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri professor Sergey Netesov Sputnik-ə verdiyi açıqlamasında yeni növ koronavirusun (KOVİD-19) bir müddət sonra "90% ehtimalla" mövsümi bir xəstəliyə çevriləcəyini qeyd edib: "Virus təkamülü baxımından 8 ay yalnız bir an kimidir. Virus on illərlə, yüz illərlə inkişaf edəcək. Vaxtaşırı daha az təsirli olacaq və zəifləyəcək".

İnsanlar əllərini tez-tez yuyub maska taxarsa, digər mövsümi tənəffüs xəstəliklərinin, eləcə də koronavirusun ikinci dalğasının qarşısını ala biləcəyini qeyd edən mütəxəssis, belə davam edib: "Payız gəlir, təbii ki, günəşin ultrabənövşəyi şüası azalacaq. Bu da virusların daha fərqli səthlərdə və spreylərdə yaşayacağı deməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.