Maraqlı

"Telegram" "Android" üçün videozəng funksiyasını təqdim edib

15 Avqust 2020 08:22
Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Telegram" messenceri "Android" platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Telegram"ın mətbuat konfransında bildirilib.

"2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün "Android" platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik", - məlumatda belə deyilir.

Videozəng istifadəçi profilindəki kamera işarəsi işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.