Maraqlı

Qatlanan bilən e-kitab oxuyucular - Çatışmazlıq və üstünlükləri

13 Avqust 2020 21:45
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal kağız texnologiyası istehsalçısı E Ink Corporation qatlanabilən telefonlardan sonra qatlanabilən elektron kitab oxuyucularının da yaradılacağını söyləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət əməkdaşları artıq bir müddətdir, qatlanabilən oxuyucunun ekranı üzərində çalışırlar. Bu istiqamətdə sonuncu prototip artıq göstərilib.

GoodEReader.com veb-saytının paylaşdığı videoda isə prototipin detallarına aydınlıq gətirilib.

Məlum olub ki, sonuncu versiyada daha sağlam sensordan istifadə edilib və cihazın sağ kənarında 5 klaviş yerləşdirilib. Eyni zamanda cihaza inteqrasiya olunmuş Wacom texnologiyası sayəsində qələmlə qeydlər aparmaq, hər hansı bəndin altını xətləmək və s. mümkündür. Qatlanabilən e-kitab oxuyucu da digər cihazlar kimi kiçik təməl üzərində böyük bir ekranın yerləşdirilməsi ilə seçilir. Üstəlik, qatlanabilmə funksiyası ilə kitab, dəftər effekti yaradır. Bununla yanaşı, e-oxuyucunun bir sıra çatışmazlıqları da var. Məsələn, cihazdakı işıqlar olduqca köhnə, 1990-cı illərdən qalma təsiri bağışlayır. Qələmlə qeyd etmək isə bir qədər gec, aşağı sürətlə başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.