Maraqlı

Tesla-dan smart saat?

13 Avqust 2020 08:05
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Belə ki, Tesla şirkətinin məhsullar siyahısında artıq evlər üçün xüsusi batareyalar, sörfinq taxtaları və hətta iPhone-lar üçün şarj keysləri də var. Yeni məlumat sızıntısına əsasən isə şirkət indi smart saatlar istehsalında iştirak etməyi planlaşdırır. Bu barədə Ubergizmo saytı xəbər verib. Norveçin daşınıla bilən cihazlar sahəsində fəaliyyət göstərən Xplora Technologies adlı şirkəti ABŞ-ın əlaqələr üzrə federal komissiyasına sorğu göndərib.

Həmin sorğuda X5 Play adlı smart saatlarda eSIM istifadəsi üçün icazənin alınması qeyd olunub. Lakin bu sənədi maraqlı edən digər bir fakt var. Belə ki, smart saatn tərtibatçıları siyahısında Tesla-nın adı qeyd olunub. Bəzi məlumatlara əsasən Tesla ümumiyyəltə Xplora Technologies şirkətini almış ola bilər. Lakin insayderlərin verdikləri məlumatlara əsasən şirkət smart saatlardakı aparat platformasını öz ekosisteminə inteqrasiyasında istifadə edə bilər.

Bu cür fikir çox real səslənir. Belə ki, elektromobillərlə qarşılıqlı əlaqədə olmağa imkan verən xüsusi tətbiq Apple Watch modellərinə artıq inteqrasiya edilib. Bundan əlavə olaraq şirkət Model 3 və Model Y  elektromodellərində smartfonları açar əvəzi istifadə etməyə başlayıb. Tesla-nın smart saatları əlavə açar şəklində təqdim edib-etməyəcəyi bilinmir. Şirkət təmsilçiləri isə bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.