Maraqlı

2026-cı ildə 6G-nin tətbiqinə başlanacaq

11 Avqust 2020 20:01
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2026-cı ildə 6G şəbəkəsinin tətbiqinə  başlanacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Cənubi Koreya hökuməti 6G şəbəkəsinin 2026-cı ildə işə salınması üçün pilot layihə həyata keçirməyi planlaşdırır.

Ölkənin strateji planına əsasən, 5G-dən 50 dəfə  sürətli olan altıncı nəsil mobil şəbəkə 2028-ci ildən 2030-cu ilə qədər kommersiyalaşdırılacaq. Mütəxəssislərin fikrincə, 6G səhiyyə, pilotsuz nəqliyyat vasitələri və ağıllı şəhər kimi müxtəlif sahələrdə geniş tətbiq edilməlidir.

Xatırladaq ki, Cənubi Koreyanın Baş naziri Çunq se-Kyun elmi-texniki görüşdə hökumətin yeni nəsil telekommunikasiya sahəsində tədqiqat və inkişaf strategiyasını açıqlayıb. Strategiya standart və qiymətli patentlərin alınması ilə yanaşı, gələcək texnologiyalarının qabaqlayıcı inkişafını da  nəzərdə tutur. Cənubi Koreya bunun üçün 169 milyon dollarlıq sərmayə yatırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.