Maraqlı

Hakerlər “Canon” şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər

8 Avqust 2020 08:31
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstifadəçilərin foto və videolarının saxlanıldığı Yaponiyanın "Canon" şirkətinin "bulud" xidmətinə hakerlər tərəfindən müdaxilə edilməsi təxmin edilir. Bu haqda "Bleeping Computer" ixtisaslaşdırılmış portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, portalın iddiasına görə, avqustun 5-də "Maze" haker qruplaşmasının hücumu nəticəsində istifadəçilərin fərdi məlumatları daxil olmaqla 10 terabayt informasiya oğurlanıb.

Hakerlər tərəfindən edilməsi təxmin edilən hücumu şərh edən "Canon" şirkətinin nümayəndəsi "Forbes" jurnalına müsahibəsində deyib ki, "hazırda vəziyyət araşdırılır".

1937-ci ildə təsis edilmiş "Canon" şirkəti dünyada ən böyük optika və fotoaparat istehsalçılarından biridir. Şirkətin bazar kapitallaşdırması 22,7 milyard dollar təşkil edir. Mənzil-qərargahı Tokioda yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.