Maraqlı

Namazla bağlı Loğman öz oğluna hansı tövsiyələri vermişdir?

1 Avqust 2020 20:20
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Loğman dövrünün ən aqil insanlarından olmuşdur ki, Allah ona hikmət nazil etmişdir. O, peyğəmbər olmasa da, ancaq buyuruşları peyğəmbərlərin risalətinə bənzəyirmiş. İnsanları xeyrə dəvət edir və şər işlərdən çəkindirərdi. Özü də əməlləri ilə insanlara örnək olmağa çalışardı.

Loğmanın oğluna verdiyi bəzi nəsihətlər vardır ki, onlardan da biri namazla bağlıdır. Loğman oğluna namazla bağlı buyurur: "Oğlum! Namazı çox qıl. Heç bir zaman namazı əvvəl vaxtından təxirə salma. Dinində namazı, əvvəl vaxtında tez şəkildə əda et.

Namazı camaatla qıl. Baxmayaraq ki, ən çətin vəziyyətdə və şəraitdə olsan belə.

Quranı tilavət et və Allahı yada salmağı heç bir zaman unutma".

"Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir". (Loğman" 17).

Loğman bu ayədə oğluna üç mühüm işi tövsiyə edir. Namaz qılmağı, əmr-be-məruf və nəhy-əz-munkər etməyi və ona yetişən çətinliklərə görə səbir etməyi tövsiyə edir. Buyurur ki, namazı hansı çətin şəraitdə olursa-olsun, yerinə yetir və əvvəl vaxtda əda et. Namazı camaatla yerinə yetirməyə çalış. Namazı əldən vermə ki, ziyankarlardan olarsan.

Sonra buyurur ki, insanları əmr be-məruf və nəhy-əz-munkər et. Onları yaxşı işlərə dəvət et və pis işlərdən çəkindir. Çünki əmr-be-məruf və nəhy-əz-munkər də namaz kimi vacib əməllərdəndir.

Loğman oğluna səbir etməyi tövsiyə edir. Buyurur ki, əgər həyatda sənə müsibət üz verərsə, çalış ona qarşı səbir edəsən. Çünki Allah səbir edənləri sevir. Hər kim ona yetişənə görə səbir edərsə, mükafatını axirətdə alacaqdır. (Həvzəh)

Biz də Loğmanın bu tövsiyələrinə diqqət edək və bu mühüm əməlləri yerinə yetirməyə çalışaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.