Maraqlı

PlayStation 5 satışı ilə bağlı heyrətamiz təxminlər

30 İyul 2020 21:10
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər mütəxəssislər PlayStation 5 ilə Microsoft istehsalı olan Xbox Series X-in gərgin rəqabətdə olacağını, bunun nəticəsində cihazlardan birinin bazarda sıxışdırılacağını düşünürlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bəziləri PlayStation 5-in 120-170 milyon ədəd aralığında istehsal olunacağını deyirlər. Bu mövzuda əməkdaşlıq etdiyi TSMC, ASE Technology və Siliconeware Precision şirkətləri Sony-ə 5 il vaxt veriblər. Onların fikrincə, bu illər ərzində satışlarda sürətli irəliləyiş əldə etmək mümkündür.

Qeyd edək ki, 2013-cü ilin əvvəllərində satışa çıxarılan PlayStation 4 indiyə qədər 110 milyon ədəd satılıb. Bir cihazın ömrü isə adətən 5-7 il olur.

Xatırladaq ki, PlayStation 5 8 nüvəli, 3.5 GHz sürəti olan əməliyyat sistemi ilə çalışır. 16 GB GDDR6 RAM xüsusiyyətinə sahib cihaz 825 GB daxili depolamaya yer verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.