Maraqlı

Toyota-nın loqosu dəyişdi

23 İyul 2020 20:55
Baxış: 1 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toyota 2009-cu ildən bəri istifadə olunan loqotipi dəyişdirib. Avropa bazarı üçün dəyişdirilən loqo Toyota pərəstişkarlarına yeni görünüş təqdim etmir. Çünki yeni loqotip orijinalın 2D versiyasıdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Toyotanın iki ölçülü və əsasən, Avropa bazarı üçün hazırlanan yeni loqotipi The & Partnership şirkəti tərəfindən hazırlanıb.

Şirkətin dizayn rəhbəri Dan Beckett açıqlamasında 2009-cu ildən bəri istifadə olunan loqotip dizaynının indi "yorğun" olduğunu vurğulayıb. Yaradılmış yeni loqotipin premium xüsusiyyətlərə malik olduğunu bildirən D.Beckett yeni loqotipin mobil platformalarda daha uyğun olduğunu söyləyib.

İki ölçülü rəqəmli loqolar Volkswagen tərəfindən keçən ildən trend halına gətirilib. Volkswagen loqo dəyişikliyinə getməsindən sonra BMW və Nissan kimi şirkətlər də loqotiplərini yenilədiklərini elan etmişdilər.

Bununla yanaşı, Toyota yalnız loqotipini dəyişdirməyib. Şirkət The & Partnership ilə əməkdaşlıq edərək yeni vizual imic üzərində işləməyə davam edir.

The & Partnership şirkəti Toyota markasının daha premium görünməsi üçün şirkətin broşurlarında yeni rənglərdən və yeni yazı tərzindən istifadə edir. Bundan əlavə, broşur dizaynları da yenilənir.

Toyota-nın yeni loqotipi istifadəçilər üçün əhəmiyyətli yenilik deyil. Ancaq rəqəmli həyat Toyota-yı belə dəyişikliyə məhkum edib. Bu fəaliyyət hələlik çox önəmli görünməsə də, əslində çox böyük əhəmiyyət daşıyır. Çünki Toyota və loqotipi dəyişdirən digər şirkətlər artıq gələcəyi qazana biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.