Maraqlı

Yeni növ hücum enerji ilə doldurulan qurğuları alovlandırır

23 İyul 2020 08:01
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Tencent" şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri "BadPower" adlı yeni növ hücum aşkarlayıblar. Onun mahiyyəti sürətli enerjidoldurma qurğularının proqram təminatına dəyişikliklərin enerji ilə doldurulan texnikanın alışmasına gətirib çıxarmasından ibarətdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, enerjidoldurma qurğusunun proqram təminatını dəyişməklə konkret aparat üçün maksimum mümkün gərginlik göstəricisini çoxaltmaq olar. Məsələn, smartfon üçün 5 volt tələb edildiyi halda enerjidoldurma qurğusu ona 20 volt ötürür.

Bildirilir ki, "BadPower" enerjidoldurma qurğusuna fiziki çıxış tələb edir, lakin bir sıra hallarda hücumu birbaşa qoşulan qurğudan (ona əvvəlcədən müdaxilə edildiyi təqdirdə) həyata keçirmək mümkündür.

Məlumata görə, otuz beş sürətli enerjidoldurma qurğusu modelini analiz edən Çin ekspertləri onların 18-nin hücum üçün həssas olmasını, daha 11-nin isə əvvəlcədən ələ keçirilən qurğu vasitəsilə hücuma məruz qala biləcəyini aşkarlayıblar. Qurğunun təhlükəsizliyini onun proqram təminatını yenilədikdən sonra təmin etmək olar. Lakin əksər enerjidoldurma qurğularında bu imkan mövcud deyil.

Hücumlardan müdafiə üçün tədqiqatçılar tərəfindən qoruyucu mikrosxemlərdən istifadə və ya enerjidoldurma qurğusunun giriş gərginliyinin və cərəyanının yoxlanılması təklif edilsə də, sürətli enerjidoldurma qurğularından istifadədən imtina tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.