Maraqlı

Texnologiya şirkətləri arasında ən çox qazanan CEO’lar bəlli oldu

18 İyul 2020 20:15
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bloomberg bu yaxınlarda ən çox qazanan texnologiya CEO'larının siyahısını dərc etdi və Apple'ın baş icraçı direktoru Tim Cook və Tesla şirkətinin icraçı direktoru Elon Musk əldə etdikləri qazancları ilə hamını şoka saldı.

Apple şirkətinin baş icraçı direktoru Tim Cook ötən il 133 milyon dollardan çox gəlir əldə edib. O, 3 milyon dollar əmək haqqı, 7,7 milyon bonus, 122,2 milyon dollar fond mükafatı alıb, əlavə gəlirlər isə 884 milyon dollardan çox olub. Siyahının yuxarı hissəsində isə 595,3 milyon dollar qazanc əldə edən Tesla'nın baş icraçı direktoru Elon Maskdır.

Google'un CEO'su Sundar Pichai da bu siyahıda yer alıb. 2020-cu ildə 86,2 milyon dollar qazanan Pichai səkkizinci yerdə qərarlaşıb.

Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadella ötən il 77.3 milyon dollar gəlir əldə edib və bu onu ötən il ABŞ'ın doqquzuncu ən varlı CEO'su edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.