Avropa İttifaqı Məhkəməsi Avropa Komissiyasının Apple-ın İrlandiyadakı fəaliyyətinə görə, 13 milyard avro məbləğinin şirkətdən alınması barədə qərarını səhv hesab edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, Apple şirkəti məhkəməni qazanıb.
Avropa İttifaqı Məhkəməsinin mətbuat xidməti dörd il əvvəl Avropa Komissiyası tərəfindən Apple-ın İrlandiyadakı fəaliyyətinə görə, tətbiq olunan 13 milyard avro məbləğində cərimə qərarını ləğv etdiyini elan edib.
Bu gün Məhkəmənin qəbul edilmiş rəsmi qərarında qeyd edildiyi kimi, Avropa Komissiyası Aİ-nin fəaliyyətinə dair müqaviləyə uyğun olaraq "vergi üstünlüklərinin mövcudluğunu zəruri hüquqi standartlara uyğun sübut edə bilməyib".
Milli.Az