Maraqlı

Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

18 İyul 2020 08:05
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oppo" şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nəzəri cəhətdən müasir smartfona quraşdırılmış 4000 milliamper/saat tutumlu akkumulyatorun enerji ehtiyatını təxminən 10 dəqiqə ərzində tamamilə doldura biləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Super Flash Charge" texnologiyası rəsmi olaraq iyulun 15-də təqdim ediləcək. Keçirilməsi planlaşdırılan xüsusi tədbirdə şirkətin nümayəndələri yeni texnologiyanın detallarını bölüşəcək, həmçinin onun kommersiya qurğularında tətbiq müddətini açıqlayacaqlar.

"Oppo" şirkəti bugünkü gündə ən sürətli enerjidoldurma standartının yaradıcısıdır. Şirkət 30 vattlıq enerjidoldurma qurğusunu çıxarmış ilk şirkətlərdən biri olub və indi bu texnologiya ən ucuz "Realme" smartfonlarında da tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.