İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Modern.az-a istinadən Qasım Qasımzadənin 1990-cı il noyabrın 28-də AzTV-dəki çıxışının mətnini təqdim edir:
Yaşadığımız dövrlərin dözülməz sitəmlərini ancaq 37-ci il qurbanları çəkməmişdi. 40-cı illərdə, həmçinin 50-cinin əvvəllərində yaradıcı ziyalıların bütün nəsilləri vahimə-qorxu içərisində idi.
Həmyaşlarımızın bir dəstəsi - Gülhüseyn, İsmixan, Azər, mərhum dostumuz Hacı Zeynalov milli mənafe fədailəri kimi həbs edildikdən sonra ədəbi qüvvələrin yeni nəslinə etimadsızlıq güclənmiş, təqiblər artmışdı.
O zaman, hələ 1948-ci ildə tələbə ikən "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət sahəsinə mən məsul idim. "Ədəbi gənclik" rubrikası altında portret-oçerklər verirdik. Əvvəl İslam Səfərli, növbəti nömrədə isə Gülhüseyn Hüseynoğlu barəsində şəkilləri ilə birlikdə məqalə dərc etmişdik. Sabahı eşitdik ki, Gülhüseyni tutublar. Komsomolun Mərkəzi Komitəsində birinci katibin yanındakı yığıncaqda öz yoldaşlarımızdan birisi (vaxtilə orqanda işləmişdi) məni ittiham etdi ki, "yaradıcılığını partiyaya, sovet dövlətinə həsr edənlər dura-dura (özünü nəzərdə tuturdu, yeganə gənc şair idi ki, Berya haqqında şeir yazmışdı) tərifnamə çap etdirmisən, indi buyur cavab ver". Mən bu kəmfürsət, namərd həmlədən özümü güclə ələ alıb onun öz üsulu ilə hücuma keçdim: "nə bilmək olar, - dedim, - bəlkə elə günü bu gün evinə çatmamış səni də tutdular... Sənin də "xalq düşməni" olmadığını biz hardan bilək?" Gülüşdülər, elə bil ki, təhlükəli xata-bəladan sovuşdum...
Bir qədər sonra aspirantlığa təzəcə qəbul edilmişdim ki, belə bir xəbər çatdırdılar: "İctimai keçmişi şübhəli olduğu üçün ideoloji işə buraxıla bilməz" göstərişi ilə aspirantılqdan xaric olunmuşam. Yenidən necə bərpa edilməyim uzun söhbətdir.
Yaşadığımız belə bir gərgin vəziyyətdə İslam Səfərlinin də başına gətirilən əhvalatla bağlı kiçik bir xatirə üzərində durmaq istərdim. O vaxtlar az-çox cürətlə yazılan hər hansı əsər "Qlavlit"dən əlavə partiya süzgəcindən, Mərkəzi Komitənin nəzarətindən keçmədən işıq üzü görə bilməzdi. İslamın Dövlət Dram teatrında bəyənilmiş "Göz həkimi" pyesi bir bədxahın təhriki ilə Mərkəzi Komitə bürosunda müzakirə ediləndə əsərin müəyyən məqamlarından şübhələnən, xüsusən amirlik-diktatorluq mücəssəməsi professor Şahbazovun simasında özünü görən Mir Cəfər Bağırov qəzəblənmiş, pyesi də, onun müəllifini də təhqiramiz hücuma məruz qoymuşdu. Bağırovun mənfi fikrinin isə nə demək olduğunu o zaman yaşayanlar bilər. Həmin hadisə ildırım sürətilə yayıldı.
O gün İslamın ad günü imiş. Əvvəlcədən hazırlıq görübmüş. Bürodan qanı qara çıxandan sonra evinə gəlmiş, bütün varlığı həyat eşqilə çağlayan dostumuz məhdud dairədə olsa da ad gününü qeyd etmək qərarından daşınmamışdı. Yaxın bildiyi yoldaşlarını dəvət etmişdi. Axşama az qalmış qapının zəng səsinə çıxdım. İslam idi. İçəri keçmədi. Bir qədər kövrək səslə dedi ki, səni öz ad günümə çağırıram. Məsələdən də halısan. Özün bilərsən... Gəlsən də sağ ol, gəlməsən də, inciyən deyiləm. Zarafatla əlavə etdi: "Xalq düşməninin məclisində iştirak etməyə cəsarətin çatırsa, buyura bilərsən. Yenə də özün bil..." Ürək-dirək verdim: "Biz tərəfdən, Qaçaq Nəbinin yurdundan qorxaq çıxmaz dedim, kefini də pozma, heç narahat da olma, gələcəyik, ölməmişik ki, yaxşıca bir məclis də keçirəcəyik, ölmək ölməkdi, xırıldamaq nə deməkdi... "
Elə də oldu. Axşam İslamgilə yığışdıq. Yaxın dostları - Əlfi Qasımov, Adil Babayev, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qabil, Yusif Mehdizadə, Hüseyn Hüseynzadə və başqaları gəlmişdilər. Həyat yoldaşı Anaxanım bacı hər dəstgahı yerində səliqəli süfrə açmışdı. Məni masabəyi seçdilər. Xətri xoş olsun deyə İslamın ünvanına o ki var, tərif dedik, ixtiyar sahibinin ağır ittihamları və hədə-qorxulu tənqidindən sarsılıb iztirablarını çətinliklə gizlədən dostumuza ruh verdik. Sonra da özümüzdən razı dağılışdıq.
Səhərisi günü məni təcili surətdə Yazıçılar İttifaqına çağırdılar. Yaşlı, məşhur sənətkarlarımızdan üç nəfəri qaşqabaqlı əyləşmişdi. Üçü də rəhmətə getdiyindən adlarını çəkmək istəmirəm. Onlardan vəzifə sahibinin ilk sözü bu oldu ki, "Dünən gecə hardaydın?" Mən məsələnin nə yerdə olduğunu və təcili çağrılmağımın səbəbini başa düşdüm. İçəridən gələn bir qarşıdurma cürətilə "Sözünüzün canı nədir, onu soruşun" dedim. Bununla da özümü birbaşa həmləyə məruz qoydum: "İndi də bir yerə yığışıb partiyanın əleyinə yığıncaq keçirirsiniz? Daha buna nə ad verək. Masabəyi yoldaş, Mərkəzi Komitə bürosuna qarşı etiraz yığıncağı deyildimi sizin o ad günü ziyafətiniz?"
Burada əyləşən mötəbər şairlərimizdən birinin yaxın qohumu axşamkı məclisdə bizimlə idi, bildim ki, çuğulçuluq ondan keçib. Buna görə də əsəbi şəkildə, etikanı da gözləmədən qarşımda əyləşən həmin mötəbər şairə tərəf əlimi uzadıb dedim ki, "bizə belə siyasi ittihamları bu filankəs yoldaşın "informasiyası" ilə verirsiniz. Məharətlə süjet qurub uydurmaq onun köhnə peşəsidir". Həmişə hörmətini saxladığım mötəbər şair gözləmədiyi qəfil atəşdən diksinən kimi oldu. Vəzifəli yazıçı dinmədi. Atdığım hədəfə dəymişdi. Mötəbər şair qızara-qızara: "bəli, bir vaxt musavatçılar da bizə çox belə hücumlar ediblər", - dedi.
Vəzifəli yazıçı gərginliyi azaltmağa çalışıb öyüd-nəsihətə keçdi. İslam Səfərlinin istedadından söz saldı və dedi ki, səni söhbətə çağırmaqda məqsədimiz budur ki, ehtiyatlı olasınız. Cavansınız, ağzınız hələ isti yerdədir. Çox şeydən xəbəriniz yoxdur. Mötəbər şair də yumşaldı, söhbəti özünün düzəltdiyi məzhəkələrlə, zarafatla yekunlaşdırdı.
Bəli, dövr-zaman beləydi. Sənətkar üçün az-çox cürətli söz demək qəhrəmanlığa bərabərdi. Xasiyyətcə xoşqılıq, xeyirxah və mülayim təbiətli İslam Səfərli döyüş cəbhəsində də, sənət aləmində də az cürət nümunəsi göstərməmişdi. Xüsusən milli nihilistlərə qarşı barışmazlığını bədii əsərlərində və çıxışlarında az nümayiş etdirməmişdir. Buna görə də unudulmazdır, buna görə də xətri qəlbimizdə əziz qalıb, həmişə də əziz qalacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
XƏBƏR LENTİ
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir





