Maraqlı

Dodaq dolğusu haqqında bilməli olduğunuz 7 vacib məlumat

11 İyul 2020 19:05
Baxış: 10 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər olduqca məşhur olan dodaq dolğusunu etdirməzdən öncə bəzi önəmli kriteriyalara nəzər salmaq lazımdır. Dodaq dolğusunda təbii görünmək şərtdir və hər kəsin dodağına eyni formanı vermək olmaz.

Milli.Az gencaile.az-a istinadən estetik həkim Dr. Meltem Ayranın mövzu ilə bağlı fikirlərini sizə təqdim edir.

1) Hialuron turşusu tərkibli dodaq dolğusu qalıcı deyil. Bədəndə təbii olaraq tapılan hialuronidaz fermenti, 6-12 ay müddətində parçalanır. Dolğunun qalıcılığı insandan insana dəyişir. Bunu əvvəlcədən bilmək mümkünsüzdür.

2) Nə olursa olsun üzünüzə və ya bədəninizə kimyəvi maddə tətbiq edilirsə, bunu mütləq təcrübəli həkim həyata keçirtməlidir. Gözəllik salonlarında edilən dolğulardan çəkinmək lazımdır.

3) İnsanların tibbi estetik proseslərdən qorxmasının ən böyük səbəblərindən biri də, uğursuz edilən dodaq dolğusudur. "Ördək" kimi görüntü verən dodaqlar illər boyu xanımların qorxusu olub. Lakin dolğu etdirən zaman üz quruluşundan tutmuş boy faktoruna qədər hər bir vücud incəliyi nəzərə alınmalıdır.

4) Dolğudan sonra dodaqda şişkinlik və göyərmə ola bilər. Əgər önəmli bir işiniz varsa mütləq dolğunu 1-2 həftə əvvəldən etdirin.

5) Qalın dodaqlara sahib olmaq, üzünüzün daha gözəl görünəcəyini vəd etmir. Şəkildəkinin eynisini istəyərək mükəmməl dodaq quruluşuna sahib olmaq olmaz. Təcrübəli bir mütəxəssis sizə uyğun olan dodaq formasını təqdim edəcək.

6) Bədəndən alınan yağlar dodağı formalaşdırmaq üçün istənilən nəticəni verməyə bilər. Qalıcı dolğular artıq dünyada tövsiyə edilmir. Ən çox istifadə edilən dolğular hialuron turşusu tərkibli olandır.

7) Bəzi insanlar yaxşı dodaq formasına sahib olduqları halda, dodaq dəriləri kobud və çartlaqdır. Bu zaman dolğu yaxşı alternativdir, lakin dodaq mezoterapiyası daha faydalı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.