Maraqlı

Keyfiyyət itkisi olmadan video faylların tutumunu 2 dəfə azaldan üsul təqdim edilib

11 İyul 2020 07:11
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bundan əvvəl MPEG-3 (.mp3) audiosəs sıxma alqoritmini, həmçinin bu gün geniş istifadə edilən H.264 (AVC) və H.265 (HEVC) video kodeklərini işləyib hazırlayan Almaniyanın Fraunqover İnstitutunun mütəxəssisləri yeni video sıxma standartını - VVC və ya H.266 elan ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, VVC - "versatile video coding" ("asanlıqla uyğunlaşan video kodlaşdırması") kimi deşifrə edilir. Kodek çox yüksək təsvir ölçülü (4K, 8K, VR-qurğular üçün 360 dərəcəlik video) videoların internet üzərindən ötürülməsini xeyli asanlaşdırmalıdır, çünki 2013-cü ildə təqdim edilmiş HEVC kodeki ilə müqayisədə məlumatları iki dəfə daha səmərəli sıxmağa imkan verir və bu halda keyfiyyət saxlanılır. Məsələn, indi 1,5 saatlıq 4K təsvir ölçülü filmin tutumu təxminən 10 QB-dır. VVC kodekinin köməyi ilə sıxılmış həmin filmin tutumu 5 QB təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.