Maraqlı

İndoneziyada koronavirus əleyhinə boyunbağı təqdim olundu

9 İyul 2020 22:20
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi koronavirusun bir insandan başqasına keçməsinin qarşısını alan evkaliptdən hazırlanmış boyunbağı təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu yeniliyi ictimaiyyətə nazir Syahrul Yasin Limpo çatdırıb.

Onun sözlərinə görə, İndoneziya Səhiyyənin İnkişafı və Tədqiqatlar Milli Agentliyinin mütəxəssisləri 700-dən artıq evkalipt növünü birləşdirərək boyunbağı düzəldiblər.

Sınaqlar göstərir ki, belə bir bitki birləşməsinin təqribən 30 dəqiqə gəzdirilməsi 80 faiz virusların, o cümlədən COVID-19-un məhvinə səbəb olur.

Nazir, həmçinin özünün də müxtəlif tədbirlərə gedərkən bu antivirus boyunbağısından istifadə etdiyini söyləyib.

Agentliyin rəhbəri Fəcri Cifri bildirib ki, evkalipt koronavirus aşkar edilən bir çox xəstənin müalicəsi zamanı istifadə edilib və bu zaman müsbət dəyişikliklər müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.