Maraqlı

Virtual kart bazarında üçqat artım gözlənilir

4 İyul 2020 07:01
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juniper Research" tədqiqat şirkətinin proqnozuna görə, yaxın 5 ildə virtual bank kartlarının köməyi ilə həyata keçirilən tranzaksiyaların həcmi üç dəfədən çox artacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, müvəqqəti rəqəmlər yığımından ibarət virtual bank kartları internetdə pul əməliyyatlarının həyata keçirilməsinə xidmət edir. Belə kartlar yalnız elektron variantda mövcuddur, bu kartlarda maqnit zolağı və sahibin imzası yoxdur, bu da mağazada ödənişi və bankomatlardan istifadəni qeyri-mümkün edir.

Virtual kart PİN kodsuz işləyir. Hesablamalar üçün aşağıdakı parametrlərdən istifadə olunur: kartın nömrəsi, istifadə müddəti və kartın identifikasiyası üçün üçrəqəmli kod. "Mastercard Worldwide" ödəniş sistemində kod "CVC2", "Visa International" sistemində isə "CVV2" adlanır.

Analitiklərin proqnozuna görə, 2020-ci ildə virtual kartların köməyi ilə həyata keçirilən tranzaksiyaların həcmi 1,6 trilyon dollara yaxınlaşacaq və 2025-ci ilədək bu göstərici 5 trilyon dollaradək artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.