Maraqlı

NASA koronavirus əleyhinə boyunbağı hazırladı

2 İyul 2020 21:45
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA insanların əllərini üzlərinə vurmasının qarşısını alacaq boyunbağı hazırlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, may ayında hazırlandığı barədə elan verilən boyunbağıdan istifadə üçün təlimatlar açıqlanıb.

3D printer ilə hazırlanan boyunbağını taxan şəxs əlini üzünə yaxınlaşdıranda xəbərdarlıq siqnalı ilə qarşılaşır. Beləcə, üzünüzə daha az toxunur və daha az mikroba yoluxurusunuz.

NASA Pulse adı verilən boyunbağını Jet Propulsion Laboratory ilə birgə layihə çərçivəsində istehsal edib.

Boyunbağıda yaxınlıq sensoru yerləşdirilib. Sözügedən sistəm əllərin üzə yaxınlaşdığını təyin edəndə titrəyiş dalğaları göndərir. Əllərin üzə yaxınlığı artıqda bu tutrəyiş də artır.

NASA-nın pulsuz şəkildə paylayacağı boyunbağının əsas məqsədi koronavirusa yoluxma sayının azaldılmasına kömək etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.