Maraqlı

Ağcaqanadlar koronavirusu yaya bilərmi?

27 İyun 2020 19:21
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə qədər dünyada milçək və ağcaqanad vasitəsilə COVID-19-a yoluxma faktı aşkarlanmayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə türk professor Gülbüz Sezgin danışıb.

Professor bildirib ki, SARS-CoV-2 yoluxan şəxsin öskürək, asqırıq, burun seliyi və bu kimi hərəkətləri zamanı başqalarına keçir, sağlam insana isə burun, göz, ağız vasitəsilə yoluxur: "Koronavirusun milçək və ağcaqanaddan insana yoluxması üçün əvvəlcə onun özünün virus qapması, onu tüpürcəyində və bağırsağında çoxaltması lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Ağcaqanadlara Nəzarət Birliyi də ağcaqanadların COVID-19 daşıyıcısı olmadığını qəbul edir. Bunun səbəbi isə virusun hələ onlara yoluxmamasıdır".

Qeyd edək ki, milçək və ağcaqanad bu günədək malyariya, sarı qızdırma, denqe qızdırması, Zika, Qərbi Nil virusu kimi epidemiyaların yayılmasının başlıca səbəbkarları olub. Təkcə 1 ildə dünyada 100-400 milyon insan ağcaqanadlar vasitəsilə ölümcül denqe qızdırmasına yoluxur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.