Maraqlı

Huawei geri addım atmır: İndi də Google-a alternativ yaratdı

25 İyun 2020 21:10
Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sanksiyalarından dolayı Google-un xidmətlərindən yararlana bilməyən Huawei yeni axtarış sistemi olan Petal Search tətbiqini istifadəyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Petal Search istifadəçilərin bir toxunuşla bütün tətbiqləri sürətli şəkildə axtarması və yükləməsini təmin edəcək.

Bu tətbiq vasitəsilə asanca "widget" əlavə edə, telefonun əsas ekranındakı  tətbiqləri sadə və sürətli şəkildə axtara bilərsiniz.

Huawei rəsmilərindən Cheng Jiangfei bu barədə açıqlamasında diqqətə çatdırıb ki, təmsilçisi olduğu şirkət istehlakçılara ən modern, ən müasir texnologiyaları təqdim etmək üçün sürəkli yenilik axtarışındadır: "İndi Petal Search tətbiq axtarış proqramı ilə Huawei istifadəçiləri çoxsaylı, vacib tətbiqləri asanca axtara, onlarla tanış ola, telefonuna yükləyə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.