İsrail alimləri koronavirusu 90 faiz öldürən maska hazırlayıblar.
Milli.Az ted.az-a istinadən bildirir ki, maska dəfələrlə yuyulduqdan sonra da virusdan qorumağa davam edir. Laboratoriya testlərinin nəticələri də bunu təsdiqləyib.
Sonovia şirkətinin istehsalı olan antivirus maskalar sink nanohissəcikləri ilə örtülüb. Bu hissəciklər bakteriya, göbələk və virusları uğurla məhv edir.
Şanxayda Microspectrum (Weipu Jishu) laboratoriyasında aparılmış sınaqlar göstərib ki, maskalarda istifadə olunan yuyulan parça koronavirusu 90% məhv edir.
Almaniyanın Bruckner və Weber Ultrasonics istehsal şirkətləri, eləcə də ABŞ və Almaniya xəstəxanaları artıq Sonovia ilə saziş bağlayıblar.
Milli.Az