Maraqlı

“Apple” korporasiyası “Intel” prosessorlarından imtina etdi

25 İyun 2020 08:41
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" korporasiyası öz kompüterlərində "Intel" prosessorlarından imtina edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, korporasiyanın rəsmisi bildirib ki, yeni "Mac" kompüterlərində öz istehsalı olan çiplərdən istifadə ediləcək. Məlumata görə, yeni prosessorlar daha yaxşı məhsuldarlıq, enerji səmərəliliyi, digər aparat və proqram təminatı ilə uyğunluq təmin edir. Bu halda çiplər "iPhone" və "iPad"da istifadə olunandan fərqlənəcək.

Yeni prosessorlara keçidi elan edən "Apple"ın direktoru Tim Kuk deyib ki, şirkətin öz istehsalı olan çiplərə keçidi tarixi hadisədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.