Maraqlı

Koronavirusa qarşı daha effektiv dərman: Ölüm riskini azaldır...

27 İyun 2020 19:10
Baxış: 1 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aşağı dozalı "Deksametazon" dərman vasitəsi yeni növ koronavirus infeksiyasının (COVID-19) müalicəsində daha effektivdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyadan olan tibb mütəxəssisləri bildiriblər. Dərmanla bağlı artıq beynəlxalq sınaqlara başlanılıb. Bildirilib ki, dərman vasitəsi vəziyyəti ağır olan və süni tənəffüs aparatlarına qoşulan xəstələrin ölüm riskini üçdə birə qədər, oksigen balonuna qoşulanlar üçün isə ölüm riskini 1/5-ə qədər azaldır.

Tədqiqatçıların sözlərinə görə, əgər adıçəkilən dərman vasitəsi Britaniyada pandemiyanın başlanğıcından bəri xəstələrin müalicəsində istifadə edilsəydi, 5000 nəfərədək insanın həyatını xilas etmək olardı.

"Bu, həm Britaniyada, həm də dünyada COVID-19-a yoluxmuş xəstələri uğurla müalicə etmək üçün yeni yollar axtarışında böyük bir irəliləyişdir. Bu andan etibarən xəstəxanalarda oksigen balonları və ya süni tənəffüs aparatlarına qoşulan insanların sağalması üçün bu dərmanı istifadə edirik", - deyə Britaniyanın Milli Səhiyyə Xidmətinin tibb direktoru, professor Stephen Povis deyib.

Mütəxəssislər onu da bildiriblər ki, "Deksametazon" dərman vasitəsinin tətbiqi koronavirus xəstələrinin sayı çox olan yoxsul ölkələrdə çox faydalı ola bilər.

Qeyd edək ki, bununla bağlı araşdırma Oksford Universitetinin rəhbərliyi ilə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.