Maraqlı

Dünyanın ən böyük tableti istehsal olundu - DETALLAR

23 İyun 2020 23:40
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda tabletlər 7-12 düym ölçülü ekrana sahib olurlar. ViewSonic isə dünyanın ən böyük tabletini istehsal edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, onun ekran ölçüsü 98 düymdür. Bu məhsulun istehsalında əsas məqsəd təhsil müəssisələrində məlumatların daha interaktiv yolla təqdim edilməsidir.

Tablet Android 8 Oreo əməliyyat sistemi ilə çalışır. Bu qədər böyük bir ekranda niyə keçmiş əməliyyat sisteminə üstünlük verilməsi isə müzakirə mövzusudur.

Əlaqələndirici yuvalarla xeyli zəngin olan IFP9850 modelində 3 səs və 7 USB girişi,  4 HDMI yuvası, 1 LAN portu, VGA və RS232 əlaqə nöqtələri var.

Hazırda Amerika bazarında məhdud sayda təklif edilən tabletin qiyməti 9499 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.