Maraqlı

Amazon şirkəti işçilər arasında məsafəni qoruyan süni intellekt texnologiyasını təqdim edir

23 İyun 2020 22:40
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu, koronavirus infeksiyası riskini azaltmaq üçün hazırlanan yeganə tədbir deyil.

Amazon ofislərində və anbarlarında sosial məsafəni təmin etmək üçün süni intellektə əsaslanan izləmə sistemi işə salınıb. Bununla da işçilər arasında koronavirus ötürülməsi riski azaldılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin anbarlarında quraşdırılmış monitorlarda təhlükəsiz məsafəni qoruyan işçilər yaşıl dairələrdə, bir-birinə çox yaxın olan işçilər qırmızı dairələrdə işarələnəcək.

Distance Assistant, həmçinin şirkətin binalarında çəkilən görüntüləri təhlil edir, nəqliyyatın sıx yerlərini müəyyənləşdirməyə kömək edir. Bundan əlavə, Amazon-da işçilər bir-birinə çox yaxın olduqda işıq və səs siqnalları verən cihazlar sınaqdan keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.