Maraqlı

Google Chrome tarixində ən böyük kiberhücuma məruz qalıb

23 İyun 2020 21:45
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google Chrome brauzerində casus proqram təminatı tərəfindən 32 milyon nüsxə yüklənməsi qeydə alınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu zərərli kampaniya Google brauzerə qarşı törədilən kiberhücumlar tarixində ən böyüyüdür.

İstifadəçiləri izləyən proqramlar onlayn tərcüməçilər, təhlükəsizlik proqramları və digər pulsuz xidmətlərin adı ilə fəaliyyət göstərib.

Dələduzluqla məşğul olan bu xidmətlər istifadəçilərin sayt ziyarət tarixlərini və digər şəxsi məlumatları gizli şəkildə kopyalayıb.

Məlum olub ki, bu saxta şəbəkə çərçivəsində İsrailin "Galcomm" qeydiyyatçısının 15 minə yaxın domeni fəaliyyət göstərib.

Şirkət rəhbərliyi bildirib ki, bu hadisələr "Galcomm" siyasətinə ziddir və qurum edilən kiberhücumdan bixəbərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.