Maraqlı

“Windows 10” sistemində sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qalxıb

23 İyun 2020 07:01
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti "Windows 10" əməliyyat sistemi üçün sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qaldıran yeniləmə təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, dünyada ən böyük proqram təminatı istehsalçısı "Windows 10" sisteminin müxtəlif versiyaları üçün problemi aradan qaldıran bir neçə ayrı yeniləmə çıxarıb. Bu o deməkdir ki, "Windows 10" sisteminin bəzi quraşdırmalarının istifadəçiləri hələ də sənədlərin çap edilməsi zamanı müxtəlif səhvlərlə üzləşirlər.

Hazırda yeniləmə "1903", "1909", "1809" və "1803" nömrəli quraşdırmalar üçün əlçatandır. "Microsoft"un rəsmisi bildirib ki, yeniləmələr müəyyən printerlərdə çapetmə prosesinə mane ola bilən problemləri aradan qaldırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.