Maraqlı

Apple qatlanan iPhone-u satışa çıxarır?

18 İyun 2020 22:50
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple qatlanan iPhone-u bazara çıxarmasa da, bu texnologiyaya sahib telefon istehsalı üzərindəki işi tam sürətilə davam etdirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu sahədə xeyli sayda patent alan Apple qatlanan ekranlı iPhone modelini yaxın vaxtlarda elan edə bilər.

Daha öncə Apple Glass haqqında məlumat paylaşan Jon Porosser qatlanan iPhone modeli üçün çox gözləməyəcəyimizi deyir.

Apple-ın yeni dizayna sahib iPhone ilə bağlı iş apardığını qeyd edən J.Prosser telefonun nə zaman satışa çıxarılacağı barədə məlumat verməyib.

Qatlanan telefonlara diqqət etsək, bu modellərin hələlik mükəmməllikdən çox uzaqda olduğu görünür. Apple-ın doğru zamanı gözlədiyi və ən yaxşı məhsulu bazara çıxarmaq üçün çalışdığı deyilənlər arasındadır. Qatlanan telefonlarda yaşanan problemləri həll etməyi məqsəd seçən şirkətin qüsursuz bir modeli istifadəçilərə təqdim edəcəyi gözlənilir.

Alfred Universitetinin profesor William LaCourse qatlanan iPhone-un 12-18 ay içərisində təqdim olunacağını iddia edir. Əlbəttə, bu, məhsulun il yarım sonra bazara çıxarılacağı anlamına gəlməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.