Maraqlı

Google Duo bu funksiyanı bərpa edir

18 İyun 2020 21:45
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google-un 2018-ci ildə təqdim edilən tətbiqi Google Duo ekran paylaşımı funksiyasını bərpa edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, 9To5Google tərəfindən hazırlanan təhlilə görə tətbiqin 92 nömrəli versiyasının kodlarında bəzi yeni butonlar var. Bu butonlar ekran paylaşımı xüsusiyyətini açıb-qapamağı təmin edir. Butonlardan əlavə, tətbiq arxa planda ikən ekrana xəbərdarlıq göndərən bildirişin kodları da sızdırılıb.

Qeyd edək ki, tətbiqin 2018-ci ildəki versiyasında bənzər funksiya vardı. Hazırda isə sözügedən funksiya aktiv deyil və bərpası üzərində iş gedir.

Yeni xüsusiyyət işləri xeyli asanlaşdıracaq. Bir çox tətbiqdə olmasına rəğmən Duo-da ləğvi kifayət qədər ciddi çatışmazlıq idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.