Maraqlı

Kosmonavtın bir günü: 24 saat ərzində 15 dəfə... - MARAQLI

14 Sentyabr 2020 01:30
Baxış: 1 390

"Kosmonavt olmaq istəyirəm" arzusu bir müddət uşaqlar arasında da öz aktuallığını itirməsinə baxmayaraq, yenidən gündəmə gəlir. Kosmos maqnit kimidir, cəlbedicidir.

Milli.Az azedu.az-a istinadən kosmonavtların bir günü barədə materialı oxuculara təqdim edir: 
 
Beynəlxalq Kosmik Stansiyada (BKS) gün Moskva vaxtı ilə saat 9-da başlayır. Lakin əslində isə saat 6 olur. Günəşin çıxması və batmasına kosmonavtlar 24 saat ərzində 15 dəfə rast gəlirlər.
 
Səhər prosedurları kosmosda gündəlik rejimdə olduğu kimidir: orada da səhər idmanı, yuyunma və səhər yeməyi var. Anonim mənbədən alınan məlumata görə, burada gizli mətləblər var. Yerdə bəzi inanclara görə, zibili gecələr atmırlar. BKS-da isə tullantıların dalınca xüsusi gəmi uçub gəlir.
 
İdman
 
Kosmosda ayrı seçim yoxdur - hər kəs idmanla məşğul olur. Bədənimiz cazibə qüvvəsinə uyğunlaşdığına və kosmosda olmadığına görə təhlükəli proseslər baş verə bilər: əzələlərin atrofiyası yaranır, ürəyə düşən yük və bədənə qanın paylanması dəyişir. Qeyd edək ki, evdə də hərəkətsiz oturduqda yaxşı nəticə əldə etmək mümkün deyil. Lakin evdə müəyyən idman alətləri ilə məşğul olmaq mümkün olsa da, Yer kürəsindən uzaqda hər şey çox çətindir.
 
BKS-də qaçış zolağı, idman velosipedi və ştanq var. Cazibə qüvəsinin olmaması və yerə qənaət məsələləri onların işinə bəzi məhdudiyyətlər qoyur. Qaçış zolağına idmançı sanki bərkidilir, ştanqda isə ağırlıq halqaları yoxdur - onları müqavimət yaradan vakuum porşenlər əvəz edir.
 
Su prosedurları
 
Kosmonavtlar yuyunmaq istədikdə xüsusi paketlərdə saxlanan sudan istifadə edirlər. Bütün yuyunma alətlərini kosmonavtlar paketlərdə saxlayırlar. Yəqin ki, çəkisizlikdə su qabarcıqlarının necə uçduğunu görmüsünüz. Bu səbəbdən yuyunmaq çox çətin olur. Çəkisizlikdə maye sanki kosmonavtın bədəninə yapışıb qalır.
 
Kosmosda qızlar da var və BKS-da uzun saçlara qulluq o qədər də çətin deyil: yuyulmayan şampunlar var ki, saçları islatdıqdan sonra onu çəkirlər və dəsmalla qurulayırlar.
 
Dişləri fırçalamaq və təraş etmək Yer üzündəkidən çətin deyil.
 
Təraş havalandırma başlığının yanında olunmazsa, tüklər ətrafa yayıla bilər. Eyni səbəbdən dırnaqları tozsoranın yanında kəsirlər.
 
Tualet burada tozsoran prinsipi ilə işləyir və istifadəsi bacarıq tələb edir. Yalnız bu mövzuda vanna otağının daha əlverişli olduğundan əmin olmaq lazımdır.
 
Nahar
 
Kosmonavtların xüsusi dietoloqları onların hansı qidaları sevdiklərini və allergik reaksiyalarını müəyyən edirlər.
 
Səhər yeməyi, nahar və şam yeməyi Yerdəki kimidir: eyni dəstlər, eyni konserv açmaq üçün alətlər. Burada hətta çay dəstgahı da düzəltmək olar. Lakin çayı və şəkəri xüsusi paketlərə töküb üzərinə qaynar su əlavə edirlər.
 
Əgər sizin hansısa qida ehtiyatının çatışmazlığı səbəbindən yaxınlıqdakı dükana getməniz lazımdırsa, stansiyaya bu ərzaqları "Proqress" adlı kosmik yük maşınları gətirir.
 
Yuxu zamanı
 
Heç bir xüsusi futuristik kapsul gözləməyin. Kosmosda divarlara bağlanmış torbalarda gecə geyimində yatırlar - yuxuda uçmaq yalnız Yer üzündə maraqlı ola bilər. Torbalar personalın öz kabinələrində yerləşir. Orada heç bir yastıq, döşək olmasa da çəkisizlikdə bütün əzələləri rahatlatmaq mümkündür. Kosmonavtlar yuxu görürlərmi? Onlar daha çox qorxulu yuxular görürlər.
 
Əyləncə
 
Kosmonavtlar öz peşələrinin ciddiliyinə və təhlükəliliyinə baxmayaraq, səhərdən axşamadək işləmirlər. Həm boş vaxtları, həm də əyləncələri olur. İstirahət günləri elə Yerdəki kimidir.
 
Onlar, hətta musiqiyə də qulaq asırlar
 
Astronavtların ən sevimli əyləncəsi film izləməkdir. Təsəvvür edin, kosmik stansiyanın içərisində film izləyirsiniz, ayağınızın altında, hardasa uzaqlarda doğma planetiniz fırlanır... Kosmonavtlar kosmosda, hətta bayramlar da qeyd edirlər.
 
Hər bir kosmonavtın kabinəsində internetə qoşulmuş kompüter var.
 
BKS-da yaşamaq asan deyil: stansiya mənzillərimiz qədər rahat deyil, səs-küylü və qarışıq, qida balanslaşdırılmış olsa da, ciddidir, çəkisizlik bədənə pis təsir edir. Yer üzündə özünü təcrid etmək insanlara daha asan olsa da, bir şeyi qeyd etmək lazımdır ki, koronavirus bizi evdə oturub dörd divara baxmağa məcbur etdiyi halda, BKS-da bütün kosmos sənin səlahiyyətindədir. Əlbəttə, buna dəyər.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.