Maraqlı

Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO

15 İyun 2020 18:22
0 Şərh     Baxış: 1 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrədə səkkiz yaşlı uşağın adı 2032-ci ilə qədər polisin məlumat bazasına salınıb. Səbəbi isə onun kənd dükanında satıcıdan oyuncaq pulla ödənişə icazə verilib-verilməyəcəyi barədə soruşması olub.

Milli.Az oxu.az-a istinadən xəbər ki, kimliyi açıqlanmayan uşağın adı bazada 21 yaşına qədər saxlanılacaq.

Məlumata görə, uşaq 10 yaşlı qardaşı və yaşı qeyd olunmayan qonşusu ilə birlikdə dükana gedib. Uşaqlardan kiçiyi satıcıdan soruşub ki, Çinin oyuncaq pulu ilə ödəniş edə bilərmi?

Uşaqda üzərində Çin heroqlifi olan avro (Polis hesabatlarında bu "oyuncaq pul" kimi qeyd edilib) olub. Mağaza əməkdaşları pulun saxta olduğunu görərək, polisə müraciət ediblər.

Hadisədən bir ay sonra "saxta pulla ödəniş cəhdi"nə görə uşaq barəsində yoxlamalara başlanılıb. Onların evində axtarış aparılıb və 5, 10, 20 və 50 avro nominallı daha bir neçə oyuncaq əsginaz aşkarlanıb.

Polis hesabatında bildirilib ki, hüquq mühafizəçiləri gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün oyuncaq pulları müsadirə edib. 

Eyni zamanda, asayiş keşikçiləri vəkilin iştirakı olmadan uşağı və qardaşını sorğu-sual edib, onların şəklini çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.