Maraqlı

Amazon öz üztanıma texnologiyalarından istifadəni polislərə qadağan etdi - SƏBƏB

16 İyun 2020 22:20
Baxış: 755
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amazon hüquq-mühafizə orqanlarına özünün istehsal etdiyi üztanıma texnologiyasından istifadəni qadağan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu qərar afro-amerikalı Corc Floydun öldürülməsi ilə bağlı kütləvi etirazlardan sonra qəbul edilib. Hadisədən sonra hüquq mühafizəçiləri bu cür texnologiyalarda ola biləcək irqçi qərəzdən narahat olduqlarını deyiblər.

Bununla yanaşı, Amazon  rəhbərliyi bu qadağanın itkin düşmüş uşaqları axtaran və insan alveri ilə mübarizə aparan təşkilatlara şamil edilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, iyunun 9-da IBM şirkəti də artıq üztanıma proqramını satışa çıxarmayacağını etiraf etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.