Tvitter sosial şəbəkəsi təbliğat-təşviqat iddiası ilə Rusiyaya məxsus 32 min hesabı əngəlləyib.
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkəyə görə, Rusiyadan 1152 hesab ölkə daxilində siyasi təbliğatla məşğul olub.
Məlumatda qeyd olunub ki, hesablar siyasi məqsədlər üçün dəyişdirilib.
"Bunlara Çin, Rusiya və Türkiyəni aid etdiyimiz üç ayrı əməliyyat qrupu daxildir. Bu, manipulyasiya ilə bağlı sosial şəbəkə siyasətini pozur", - deyə şirkətin məlumatında qeyd olunur.
Qeyd edək ki, keçmişdə Tvitter bu iddia ilə bəzi Rusiya hesablarını bağlamışdı.
Milli.Az