Maraqlı

Süni beyin təqdim edilib

13 İyun 2020 08:01
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri memristorlar adlandırılan on minlərlə süni sinapsdan ibarət süni beyin hazırlayıblar. Bu haqda "Nature Nanotechnology" jurnalında dərc edilmiş məqalədə deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, memristorlar silisium, həmçinin gümüş və mis ərintisindən hazırlanıb. Hazırlanmış çip vizual informasiyanı yadda saxlamağa və onu karbonlu komponentlərdən istehsal edilmiş mövcud memristor konstruksiyaları ilə müqayisədə daha dəqiq canlandırmaq qabiliyyətinə malikdir. Bu, informasiyanı insan beyini kimi emal edən elektronikanın bir növünü təşkil edən neyromorfik qurğuların işini yaxşılaşdırmağa imkan verəcək. Belə sxemlər yığcam qurğulara inteqrasiya edilə və hələ ki yalnız superkompüterlər üçün həlli mümkün olan mürəkkəb tapşırıqları yerinə yetirə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.