Maraqlı

Devid Tevlis Avatar 2-də çəkilməyəcək

14 İyun 2020 21:35
Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Harri Potterin əfsanə xarakterlərindən olan professor Lupinə həyat verən Devid Tevlis, oynayacağı yeni Avatar filmləri ilə əlaqədar şərh verdi. Tevlis, Avatar 2-də çəkilməyəcəyini, bu yanlışlığı aradan qaldırmaq istədiyini söylədi.

Harri Potterdəki Remus Lupin rolu ilə böyük bir heyran kütləsinə sahib olan Devid Tevlisin yeni Avatar filmində oynayacağı xəbəri yayılmışdı. Bu mövzuya açıqlıq gətirmək istəyən məşhur aktyor, ortadakı anlaşılmazlığa izah verdi. Devid Tevlis Avatar filmində oynadığını təsdiqlədi, ancaq Avatar 2-də iştirak etməyəcəyini söylədi. Onun şərhinə görə, məşhur aktyorun obrazı Avatar 3-də qəti olaraq iştirak edəcək və Avatar 4 və 5 filmlərində də çəkilməsi gözlənilir.

Avatar 2 mövzusunda bir yanlışlıq olduğunu söyləyən Devid Tevlis bu barədə belə danışıb: "Avatar 2-də yoxam. Avatar 3-də və vəziyyətə görə Avatar-4 və 5-də olacağam. Bunu dəqiqləşdirmək istədim, çünki bu vəziyyət səhv başa düşülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.