Maraqlı

“iPhone 12” modelinin buraxılışı təxirə salınıb

11 İyun 2020 07:31
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni "iPhone" smartfonunun buraxılışı təxirə salına bilər. Bu barədə "Bloomberg" agentliyinin "Apple" korporasiyasının tərəfdaşı qismində çıxış edən "Broadcom" şirkətinin icraçı direktoru Hok Tana istinadən məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, icraçı direktor Şimali Amerikanın nəhəng mobil telefon istehsalçısının əsas məhsulunun buraxılışının təxirə salındığını bildirib. Jurnalistlərin fikrincə, H.Tan "iPhone" modelinin buraxılışının ertələnməsini nəzərdə tutub.

Top-menecer bu ilin dördüncü maliyyə rübünədək gəlirlərdə artımın gözlənilmədiyini qeyd edib. Onun sözlərinə görə, yubanma koronavirus pandemiyası səbəbindən "Apple" və tərəfdaş şirkətlərin mühəndislərinin evdən işləməsi ilə əlaqədardır. "Broadcom"un icraçı direktoru vurğulayıb ki, yeni məhsulda həm dizayn, həm də proqram təminatı baxımından dəyişiklik olmayacaq.

Agentlik nümayəndələrinin sözlərinə görə, smartfon istehsalçıları tərəfindən qurğu üçün komponent hissələri adətən məhsulun buraxılışından bir neçə ay əvvəl sifariş edilir.

Qeyd edək ki, "Broadcom" yarımkeçirici məhsulların buraxılışı ilə məşğul olan ABŞ şirkətidir və simli və simsiz rabitə sahəsinin iştirakçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.